20 May 2019 16:22
1 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Zurab Seretelini “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, sərəncama əsasən, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə Zurab Konstantinoviç Sereteli “Dostluq” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Z.Sereteli Rusiya Rəssamlıq Akademiyasının prezidenti, SSRİ Xalq rəssamı, tanınmış heykəltəraşdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər