22 May 2019 12:06
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası ilə bağlı Komissiyanın növbəti iclası mayın 23-24-də Bakıda keçiriləcək.

Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, iclas Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliyanın rəhbərliyi ilə baş tutacaq.


Müəllif: Səxavət