24 May 2019 22:23
1 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA-nın prezidenti Aleksandr Çeferin AlmaniyanınDer Spiegeljurnalına müsahibəsində Avroliqanın final oyununun Bakıda keçirilməsi qərarını müdafiə edib.

Teleqraf.com xəbər verir ki, Çeferin final oyunu fonunda Azərbaycanda insan haqlarının vəziyyəti haqqında deyilənlərə münasibət bildirərkən qeyd edib ki, bu, digər Avropa ölkələrinə də aiddir.

UEFA prezidenti Mxitaryanın “təhlükəsizlik” məsələsinə görə Bakıya gəlməməsindən də danışıb. Bildirib ki, Mxitaryanın dedikləri Fransadakı “Avro-2016” ilə paralellik təşkil edir.

“Terror hücumlarının hədəfində olan Fransada Avropa çempionatını təşkil etməyi bacardıq. Futbol bu cür gərginliklərə görə dayandırılsa, gələcəkdə heç nə təşkil edə bilməyəcəyik”, - deyə UEFA prezidenti qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər