27 May 2019 11:35
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu həftə Böyük Britaniya futbolu, xüsusilə də finalda oynayacaq klubların azərkeşləri üçün həyəcanverici həftədir.

Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts keçirdiyi brifinqdə bildirib.

"Biz bu oyuna ciddi hazırlaşmışıq. Həm Böyük Britaniya, həm də Azərbaycanın rəhbər şəxsləri, futbol asossasiyaları finalda oynayacaq klub nümayəndələri ilə ciddi iş aparıb. Bundan əlavə səfirlik Bakıya gələcək futbol azərkeşləri üçün 2 informativ broşür hazırlayıb. Həm "Arsenal", həm "Çelsi" klubu "Qarabağ"la oyunlarından sonra Azərbaycan, paytaxt Bakı və möhtəşəm Bakı Olimpiya Stadionu barədə məlumata malikdir. Böyük Britaniya və Azərbaycan arasında futbol əlaqələri daha əvvəldən də mövcud olub. Bu əlaqələr barədə danışarkən ilk ağıla gələn şəxs Tofiq Bəhramovdur. Məhz onun hakim olduğu oyunda 1966-cı ildə İngilətərə millisi ilk dəfə tarixində Dünya Çempionu olub. Dünya Çempionluğunun 50 illiyi ilə bağlı biz Tofiq Bəhramovun ailə üzləri ilə görüşdük. Onlar Tofiq Bəhramovun şəxsi arxivindən foro və kraliçanın ona təqdim etdiyi fiti mənə hədiyyə etdilər. O hədiyyələr iqamətgahımda saxlanılır. Tofiq Bəhrəmov adına stadionunun ot örtüyünə görə məsul şəxs də Böyük Britaniya vətəndaşıdır. O Liverpulda doğulub. Bu fakt da Böyük Britaniya - Azərbaycan arasında əlaqələrinin necə çoxşaxəli olmasının göstəricidir", - deyə səfir qeyd edib.

Səfir Azərbaycan Xalq Cümhriyyətinin elan olunmasının 101 illiyi münasibəti ilə də Azərbaycan xalqını təbrik edib.


Müəllif: Nərgiz