27 May 2019 20:43
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevrilmək üçün çox fəal iş aparır.

Teleqraf.com-un məlumatına görə, bunu Prezident İlham Əliyev “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı çıxışında deyib.

Dövlət başçısı deyib ki, bu istiqamətdə də böyük addımlar atılır, böyük sərmayə qoyulur: "Dəmir yolu infrastrukturu, avtomobil yollarının tikintisi, 6 beynəlxalq aeroportun fəaliyyətə başlaması, dəniz nəqliyyatının müasirləşdirilməsi – bütün bunlar son illər ərzində görülmüş işlərdir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər