31 May 2019 08:25
2 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ATƏT-in Minsk Qrupu həmsədrlərinin İrəvandan sonra Bakıda olduğu gün erməni separatçılarının atəşkəsi pozaraq hərbçimizi şəhid etməsi təsadüfi deyil. Məntiqlə hərbçimizin şəhid edilməsi və cəbhə bölgəsində sabitliyin pozulması Ermənistanın baş naziri Nikol Paşinyanın maraqlarına cavab verməməlidir. Çünki o da bilir ki, bir neçə gün sonra cavab atəşiylə Ermənistan ordusu da itki verəcək".

Bəs onda atəşkəsi pozmaq əmri hardan və kimdən – İrəvandan, yoxsa Xankəndidən verilib?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Azərbaycan üçün bu sualın cavabının elə bir əhəmiyyəti yoxdur: "Çünki həm İrəvandadakılar, həm də Xankəndidəkilər işğalçıdırlar. Buna baxmayaraq, Xankəndidəkilər bölgədəki vəziyyəti gərginləşdirməklə Paşinyanın hakimiyyətini laxlatmağı planlaşdıra bilərlər. Bunu son açıqlamalarının birində Paşinyan da gizlətməyib. O faktiki demişdi ki, eks-prezident Robert Köçəryana tabe olan separatçılar bölgədəki kiçik müharibə başlatmaqla Ermənistan hakimiyyətinin mövqelərini zəiflətməyi planlaşdırırlar. Köçəryan tərəfdarları həmin planı hərəkətəmi gətiriblər?

Atəşkəsi pozanlar həmsədrləri də pis vəziyyətdə qoydular. Guya vasitəçilər Bakıya gəlmişdilər ki, xarici işlər nazirlərinin ötən görüşündəki şifahi razılaşmaların yerinə yetirilməsi təmin etsinlər. Elə bəyanatlarına da bu başlığı çıxarmışdılar: “Həmsədrlər əvvəlcədən istənildiyi kimi, konkret təkliflər təqdim ediblər”. Söhbət humanitar və təhlükəsizlik tədbilərindən gedir. Ancaq hansı təhlükəsizlik tədbirindən danışılır ki, atəşkəs pozulur, hərbçimiz şəhid edilir və ya hansı humanitar tədbirdən danışılır ki, var gücləriylə erməni futbolçunun Bakıya gəlişinə mane olmaqla milli ədavəti daha da qızışdırdılar? Elə Azərbaycan Xarici İşlər Nazirliyinin son bəyanatında Ermənistanın təxribatçı və qanlı əməlinin qəti qəbuledilməz olduğu və danışıqlar prosesinə zərbə vurduğu bildirilir. “Törədilmiş qanlı cinayətin bütün mümkün mənfi nəticələrinə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərindədir” – bu bəyanatın son cümləsidir".

Siyasi ekspert hesab edir ki, Ağdam istiqamətində açılan atəş həmsədrlərin bu səfərini və təkliflərini də puça çıxardı və bunun günahkarı təmas xəttinin o tərəfindəki güc və ya güclərdir. Bütün hallarda həbrçimizin şəhid olmasına görə qarşı tərəf cəzalandırılmalıdır. Başqa alternativ yoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər