Nəqdsiz hesablaşmalarla bağlı bizə çoxsaylı şikayətlər daxil olur. Bu məsələnin araşdırılmasına ciddi ehtiyac var.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı spiker Oqtay Əsədov bildirib.
Milli Məclisin sədri əlavə edib ki, millət vəkilləri nəqdsiz hesablaşmalar zamanı problemlər yarandığından şikayətlənir: “Bu problem postterminalların işləməməsi ilə bağlıdır. Bu zaman banklardan vəsait nəğd şəkildə çıxarılır və sonra ödənişilər edilir. Maliyyə və vergilər nazirləri iclasda iştirak edirlər. Bu məsələyə aydınlıq gətirilməsinə ehtiyac var”.