31 May 2019 14:37
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının plenar iclaslarının vaxtı məlum olub.

Sessiyanın ilk plenar iclasının iyunun 14-də, digər plenar iclasların isə iyunun 28-də və iyulun 12-də keçirilməsi nəzərdə tutulur.

Son illərdə növbədənkənar sessiya dövrü iyul ayını əhatə etməyib, sessiya adətən iyunda başa çatır.

Xatırladaq ki, parlamentin yaz sessiyası bu gün - mayın 31-də başa çatıb./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər