Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki hərbi birləşmələri döyüş vəziyyətinə gətirilib.
Teleqraf.com Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu, təlim xarakteri daşıyır.
Təlim çərçivəsində hərbi hissələrin ön xətdəki manevr qabiliyyəti yoxlanılır. Gecə saatlarından verilmiş əmrin hələlik ləğv edilməməsi isə təsadüfi sayılmır.
Qeyd edək ki, mayın 30-da Ermənistan ordusunun Azərbaycanın mövqelərinə atəş açması nəticəsində Silahlı Qüvvələrin mayoru Aqil Omarov şəhid olub.
Buna görə erməni mənbələr Qarabağdakı birləşmələrə döyüş əmrinin verilməsini təsadüfi hesab etmir.