2 İyun 2019 20:14
994
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verildiyi kimi, Livanda oturan Yaxın Şərq ermənilərinin katolikosu I Aram özünün ifadə etdiyi kimi, “vahid Ermənistanı bərpa etmək yolunda” işğal edilmiş Dağlıq Qarabağı Ermənistana birləşdirməyə çağırmaqla, bu problemin həllinə “öz töhfəsini” vermək qərarına gəlib.

Keşişin bu komik bəyanatı ilə bağlı ermənilər tərəfindən şadyanalıq dalğası (?), azərbaycanlılar tərəfindən isə əsl istehza və rişxənd seli artıq sosial şəbəkələri silkələyib.

Katolikos bilməmiş olmaz ki, Ermənistan Azərbaycanın bu vilayətini artıq çoxdan de-fakto özünə birləşdirib, de-yure isə bunu heç vaxt etməyəcək, çünki əvvəlcə öz oyuncaq törəməsinin müstəqilliyini tanımalı və yalnız bundan sonra, necə deyərlər, “yenidən birləşməlidir”.

Ermənistan SSR Ali Sovetinin “Ermənistan SSR və Dağlıq Qarabağı birləşdirmək haqqında” 1989-cu il 1 dekabr tarixli qərarının Ermənistan qanunverici orqanının digər çağırışları tərəfindən ləğv edilmədiyi nəzərə alınsa, bütün bunlar lap da komik görünər. Əgər ermənilərin qanunverici məntiqi hesaba alınsa, Dağlıq Qarabağ bu gün Ermənistanın tərkib hissəsi sayıla bilər. Uzaqda oturan katolikosun məsləhətinə əmək etmək üçün Ermənistan parlamenti əvvəlcə bir vaxtlar özünə birləşdirdiyindən əl çəkərək (yəni Dağlıq Qarabağı özündən ayıraraq), onun “müstəqilliyini” tanımalıdır ki, qısa müddətdən sonra yenidən onunla birləşsin.

Əlqərəz, ermənilər o qədər fırıldaq işlədiblər ki, kələfin ucunu tamamilə itiriblər. Odur ki, Livandakı cübbəli məsləhətçilərin onlara yardım əli uzatması heç də təəccüblü deyil.

Amma indi iş heç bunda da deyil. Ermənilərin kütləvi satqınlığı illərində haqlı olaraq Anadoludan sürgün edilmişlərin nəslindən olan katolikos Beyrutda oturub birdən-birə Qarabağın qayğısına qalmağa başlayıb. Bəs sənin indi Türkiyənin “işğalı altında olan Qərbi Ermənistanın” necə olsun? Axı köklərin o yerlərə gedib çıxır. Yoxsa o yerləri artıq unutmusan, daha heç yeri “azad etmək” lazım deyil?

Əgər belədirsə, onda hər şey yolundadır! O yerləri həqiqətən unutmaq lazımdır. Amma Qarabağı da tezliklə unutmaq lazım gələcək. Pərən-pərən düşmüş rus ordusu və daşnaksutyun quldur dəstələri 1918-ci ildə Qafqaz cəbhəsindən qaçandan sonra Şərqi Anadolunun bütün ərazisində türk bayrağı dalğalandırıldığı kimi, Azərbaycan bayrağı da eynən bu cür Qarabağda dalğalandırılacaq!

Zati-“güruhçu-müqəddəsləri”, görünür, tarixdən ibrət dərsi götürə bilmirsiniz. Çox təəssüf. Buna görə də gələcəkdə başınıza gələcək müsibətlərdə yalnız özünüzü qınamalı olacaqsınız. Klounadaya görə isə sağ olun.

\Azərtac\


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər