7 İyun 2019 23:14
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin təhlükəsizliyi hər şeydən üstündür.

Teleqraf.com-un məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar İğdır vilayətində Türkiyə-Ermənistan sərhədində yoxlamalar zamanı deyib.

Nazir bildirib ki, öz sərhədlərinin təhlükəsizliyinin təmin olunması məqsədilə Türkiyə hər şeyi etməyə hazırdır:

"Türkiyənin sərhədləri xalqın şərəfidir".

Hulusi Akar həmçinin İran və Naxçıvan Muxtar Respublikası ilə sərhəddəki hərbi hissələrə baş çəkib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər