10 İyun 2019 17:10
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 10-da Qazaxıstanın Prezidenti Qasım-Jomart Tokayevə telefonla zəng edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Dövlət başçısı Qasım-Jomart Tokayevə Prezident seçkilərində qələbə qazanması münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Dövlət başçıları Azərbaycanla Qazaxıstan arasında dostluq əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.


Müəllif: Teleqraf.com