12 İyun 2019 10:21
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan üçün Ümumdünya Gömrük Təşkilatının (ÜGT) beynəlxalq tədbirinin Bakıda keçirilməsi çox mötəbər haldır".

Bunu Azərbaycanın Baş Naziri Novruz Məmmədov bu gün Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları Konfransı və Sərgidə (WCO IT/TI Conference & Exhibition) bildirib.

Onun sözlərinə görə, Azərbaycan ÜGT ilə sıx əməkdaşlıq edir: “Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin Bakıda yerləşməsi və Azərbaycan ÜGT-nin Avropa regionuna rəhbərlik etməsini bu əməkdaşlığın bariz nümunəsidir”.

Baş Nazir bildirib ki, Azərbaycan Avropa və Asiya arasında tranzit rolu oynayır: “Azərbaycan son illər irimiqyaslı infrastruktur layihələri həyata keçirir. Son illər ərzində Azərbaycan infrastruktura böyük həcmdə vəsait qoyub”.

N. Məmmədov xatırladıb ki, 2013-cü ildə Azərbaycan orbitə ilk peykini buraxıb və bununla da ölkəmiz böyük kosmik ailənin üzvü olub./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər