12 İyun 2019 16:17
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan parlamentinin Etika şurasının ilk iclası keçirilib.

Bu barədə Gürcüstan parlamentinin Mətbuat xidməti məlumat yayıb.

İclasda Etika şurasının fəaliyyəti ilə bağlı məsələlər və müəyyən sənədlərin formaları müzakirə olunub.

Şuranın üzvü İrina Pruidze bildirib ki, sentyabr ayının əvvəli üçün Etika şurası fəaliyyətə tam hazır olacaq.

Etika şurası Gürcüstan parlamentinin qərarı ilə bu il martın 19-da yaradılıb. Şurada 14 deputat təmsil olunub. Onların arasında hakim Gürcü Arzusu Partiyasının Marneuli rayonundan olan majoritar deputatı Ruslan Hacıyev də var.

Şura deputatların davranışı, onların həmkarları, cəmiyyət, KİV və digər qurumlarla münasibətlərini tənzimləyən etika kodeksinin əməl olunmasına nəzarəti həyata keçirəcək. Şura həmçinin kodeksin pozulması hallarında məsuliyyəti də müəyyən edəcək./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər