13 İyun 2019 13:02
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis "Dövlət rüsumu haqqında” və “Təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini müzakirəyə çıxarıb.

Teleqraf.com xəbər verir ki, qanun layihələrinə edilən dəyişikliklə özəl təhsil müəssisələrinin akkreditasiyası üçün rüsum müəyyən edilib.

Təklif olunan layihəyə əsasən, məktəbəqədər təhsil müəssisələrinin akkeditasiyası üçün dövlət rüsumunun məbləği 2000, məktəbdənkənar təhsil müəssisələri üçün 5000, orta ixtisas müəssisələri, əlavə təhsil müəssisələri və təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr üçün 12 000 manat məbləğində müəyyən edilib.

Dəyişikliklər ikinci oxunuşda səsverməyə qoyularaq qəbul edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər