Bu gün Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.
Dövlət büdcəsindən maliyyələşən qurumlarda əməkhaqqı 40 faiz artırılıb. Minimum əməkhaqqı 180 manatdan 250 manata yüksəldildi.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev REAL-a açıqlamasında bildirib ki, minimum əmək haqqının artırılması barədə sərəncam büdcə təşkilatılarında çalışan 500 min nəfərə, özəl sektorda çalışan 300 min nəfərə şamil olunacaq.