20 İyun 2019 20:54
1 998
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Körfəzdə ABŞ gəmilərinə olan hücumun İran tərəfindən təşkil edilməsi iddiasının müəllifi Amerikanın özüdür. Amerika dəfələrlə bu kimi iddialarla ayrı-ayrı dövlətlərə hücum edib. Liviya və İraq buna nümunədir”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Ekspertin fikrincə, İranın indiki vəziyyətdə kiməsə hücum etməsi, inandırıcı gəlmir:

“Əslində ABŞ-ı qızışdıran, İranla üz-üzə qoyan İsraildir. Məlumdur ki, Trampın kürəkəni Kuşner də yəhudidir, onların arasında gizli danışıqların getdiyini İsrail mediası yazır. İsrail İranı zəiflədib parçalamaq istəyir, bu barədə 1997-ci ildə qərar qəbul edilmişdi. İran heç nə etməsə belə, ABŞ İrana girməyə çalışacaq. Amma Konqres hərbi gücdən istifadə etməyi Trampa qadağan etdi. Bu o deməkdir ki, Amerikada ağıllı adamlar Trampı ağılsız addımlar atmaqdan çəkindirir. Buna görə də hələlik müharibə ehtimalı yoxdur, bu plan demək olar ki, təxirə salındı.

Amma gərginlik davam edəcək. İrana qarşı təzyiqlərdə bir müsəlman dövlətindən – Səudiyyə Ərəbistanından istifadə olunması yaxşı hal deyil. İki müsəlman dövlətinin bir-biri ilə üz-üzə gəlməsi, İslam dünyasının ziyanına işləyir. Vatikan bir qərar qəbul edib ki, müsəlmanı müsəlmana qırdırmaq lazımdır. Amerikanın da prinsipi belədir ki, Amerika əsgərindənsə, müsəlman əsgəri ölsün. ABŞ 2010-cu ildən bu prinsiplə işləyir. Təəssüf ki, iki müsəlman dövləti olan İran və Səudiyyə Ərəbistanı da İslam dininin əleyhinə işləyən addımlar atır. Artıq bu münasibətlər savaş həddinədək gəlib çıxır”.


Müəllif: Mənsur Rəğbətoğlu