9 Sentyabr 2014 18:10
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 9-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Gürcüstanın xarici işlər naziri Maya Pancikidzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, iki dost və qonşu ölkə arasında çoxşaxəli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan Əbülfəs Qarayev mədəniyyət sahəsində əməkdaşlıqdan, Gürcüstanla qarşılıqlı mədəni layihələrin həyata keçirilməsindən razılığını bildirdi. Son illər iki ölkənin mədəniyyət sahəsində əlaqələrinin daim inkişafda olduğunu qeyd edən nazir abidələrin mühafizəsi sahəsində əməkdaşlıq və s. məsələlərlə bağlı fikirlərini qonaqlarla bölüşüb. Nazir həmçinin Azərbaycanda mədəniyyət və turizm sahəsində son yeniliklərlə bağlı gürcüstanlı nazirə məlumat verib.

Maya Pancikidze Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək Gürcüstanın hər zaman Azərbaycanla əməkdaşlığa, mövcud əlaqələri genişləndirməyə hazır olduğunu vurğulayıb: “Bu səfərimizin mədəniyyət sahəsində də daha yüksək əlaqələrin qurulmasına zəmin yaradacağına inanırıq”. Nazir Gürcüstanın Azərbaycana dost olduğunu, bütün beynəlxalq tədbirlərdə ölkəmizin mövqeyini dəstəklədiyini diqqətə çatdırıb.

Daha sonra gürcüstanlı qonaq ölkəsində yeni təyin olunan mədəniyyət naziri haqqında azərbaycanlı həmkarına məlumat verib. Görüşdə ikitərəfli əlaqələrin gələcək perspektivləri, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.

İlhamə


Müəllif:

Oxşar xəbərlər