26 İyun 2019 13:37
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları təşkil olunub.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, orkestrlər hərbi vətənpərvərlik mahnıları, müxtəlif marşlar, Azərbaycan və dünya bəstəkarlarının müasir və klassik musiqi əsərlərindən parçalar səsləndiriblər.

Hərbi orkestrlərin ifası yerli sakinlər və paytaxtın qonaqları tərəfindən maraqla qarşılanıb.


Müəllif: Teleqraf.com