26 İyun 2019 21:43
1 354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çox təəssüf olsun ki, belə ciddi hallar mövcuddur. Belə vəziyətlərə imkan verməməliyik. Gördüyümüz səhnələr dəhşətlidir, humanizm baxımından qəbuledilməzdir.

Bu fikirləri AŞPA-nın yay sessiyası çərçivəsində Ermənistan tərəfindən girov götürülmüş azərbaycanlı mülki şəxslər məsələsinə həsr edilmiş “İki azərbaycanlı mülki şəxsin humanitar məsələsi: Dilqəm Əsgərov və Şahbaz Quliyev” adlı tədbirin iştirakçısı, qurumun San- Marinodan olan üzvü Roger Zavoli AZƏRTAC-a müsahibəsində söyləyib.

Roger Zavoli nümayiş olunan videodan sonra çox təsirləndiyini bildirərək deyib: “Belə hallara yol vermək olmaz. Çox təəssüflənirəm ki, bu gün insanlara qarşı belə amansız rəftara yol verilir. Videoda gördüklərim humanizmdən çox uzaqdır”.


Müəllif: Teleqraf.com