27 İyun 12:36

İçəriçəhəri idarə edən müstəqil qurum – “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu var. Mənim onların layihələri haqında dəqiq məlumatım yoxdur. Lakin biz bu prosesə – qala divarlarının restavrasiyasına birlikdə nəzarət edirik. Dünyanın ən məşhur mütəxəssisləri bu işə cəlb olunub.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib.
O qeyd edib ki, bu gün də müzakirə olunacaq məsələ kifayət qədər mürəkkəbdir:

“İçərişəhər canlı bir şəhərdir. Burada insanlar yaşayır, turistlər gəlir, gedir. İnsanlar orada asudə vaxtını keçirir. Eyni zamanda bu, bizim mirasımızdır. “İşərişəhər”də memarlıq, adət-ənənə baxımından çox vacib qorunub saxlanılacaq məkanlar mövcuddur. Bu balansı tapmaq, tarazlaşdırmaq kifayət qədər çətin məsələdir. Ona görə də bütün abidələrin, məkanların rəhbərləri Bakıda foruma yığışıb dünya təcrübəsini müzakirə edirlər. Çünki bu vəziyət təkcə Azərbaycanda deyil, bütün dünyada baş verir və Dünya İrs Komitəsinin Bakıda başlayacaq 43-cü sessiyasında təxminən 50-dən çox ölkəni təmsil edən 70-ə yaxın şəxs ona görə müzakirə aparacaqlar ki, dünya irsinə hansı dəyişikliklər olunub. Artıq müasirliyin müdaxiləsi, təbiətin pozulması faktları var. Bunlar müzakirə olunaraq qərar çıxarılacaq. Ya o məkanlar, o abidələr YUNESKO-nun Dünya İrs Siyahısından çıxarılacaqlar, ya da o siyahıda qalmaq üçün onların məxsus olduğu dövlətlər tədbirlər görməli olacaqlar”.


Müəllif: Səxavət