28 İyun 2019 00:32
1 066
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Ruan şəhərindəki universitetdə təhsil alan 21 yaşlı Qadir Babayevin deportasiyası ölkədə böyük ajiotaja səbəb olub.

Teleqraf.com xəbər verir ki, Qadir Babayev Azərbaycandan 15 il əvvəl Fransaya köçüb. Hökumət onun yaşamaq üçün sənədinin müddətini daim uzadıb. Gənc azərbaycanlının problemləri bu ilin 31 yanvarında başlanıb. Ruan prefekturası ondan pasportunun surətini tələb edib. Amma həmin vaxt Qadirin pasportu etibarsız olub.

"Qadirin əlində başqa-doğum haqqında şəhadətnamə kimi sənədlər var idi, prefektura ondan pasportunu təqdim etməyi tələb etdi, hansı ki, bu gənc insan onu yalnız Azərbaycana qayıdıb orduda xidmət etməklə ala bilərdi. Azərbaycan dilində danışmayan və vətənini qeyri-müəyyən şəkildə xatırlayan bir gənc üçün isə bu ağlasığmaz idi", - deyə yerli qəzetlər yazıb.

Qadirin bir neçə dəfə prefekturaya baş çəkməsi və hətta inzibati məhkəməyə müraciət etməsi belə onun problemlərinin həllinə kömək etməyib. Universitetdə təhsil almaq hüququnu, təqaüdünü və sosial müavinətini itirə biləcəyini başa düşən Qadir, ictimai şəbəkələrdə kömək istəyib.

Ruanın iki deputatı dərhal gənc azərbaycanlı ilə əlaqə saxlayıb və ona dəstək olublar.

Siyasətçilərin və ictimaiyyətin səyləri müsbət nəticə verib.

Prefekturiyada Q.Babayevə 4 illik yaşamaq icazəsi almağa imkan verəcək sertifikat da təqdim olunub.

Həmçinin Qadirə, sənədlərlə problemlərə görə məhrum edildiyi 555 avro məbləğində sosial yardım yenidən ödəniləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər