29 İyun 2019 08:50
1 493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada G20 sammiti çərçivəsində Türkiyə və ABŞ prezidentlərinin görüşü başlayıb.

Teleqraf.com xəbər verir ki, görüşdən öncə Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında əməkdaşlığın davam edəcəyinə inandığını deyib:

"Müdafiə sənayesi sahəsində atacağımız addımlar var. Əməkdaşlığımızın davam edəcəyinə tam əmnəm".

Türkiyənin Rusiyadan almağa hazırlaşdığı S-400 raket kompleksi ilə bağlı məsələ barədə suala cavab verən Donald Tramp bildirib ki, bu mövzunun müxtəlif çözümü ola bilər: "Türkiyənin ABŞ-dan Patriot raketləri almasına Barak Obama hakimiyyəti izn vermədi. Türkiyə ilə davranışda ədalətsizliyə yol verildi. Ərdoğan dostcasına münasibət saxladığım liderdir. Türkiyəyə səfər edəcəm, sadəcə tarix dəqiq deyil".


Müəllif: Mahir

Oxşar xəbərlər