1 İyul 2019 19:13
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin 193 ölkəsindın 55-i Afirkada yerəşir və hazırda Afrika əhalisinin 40 faizindən çoxu yoxsulluq həddindən aşağı səviyyədə yaşayır.

Teleqraf.com xəbər verir ki, bunu “Prioritet Afrika. Dayanıqlı İnkişaf və Dünya İrsi” adlı sənədin müzakirəsi zamanı Tanzaniya nümayəndəsi bildirib.
O qeyd edi ki, bu baxımdan BMT-nin Dayanıqlı İnkişaf Gündəliyi yenidən nəzərdən keçirilməlidir:

“Afrika qitəsinin potensialı, imkanları kifayət qədər genişdir. Bu imkanlardan istifadə edilməsi yoxsulluğun azaldılması səylərinə müsbət təsir göstərə bilər”.

Çin nümayəndəsi bildirib ki, sessiya çərçivəsində Dünya İrs Komitəsinin bir sıra paralel tədbirləri keçirilib və keçirilir ki, bu tədbirlərin də bir çoxu Afrika qitəsinə həsr olunub.

“Fikrimcə, bu çox yaxşı başlanğıcdır”, – deyən Çin nümayəndəsi Dünya İrs Siyahısında olan və təhlükə ilə üzləşmiş abidələr siyahısından bir sıra abidələrin çıxarılacağına ümid etdiyini vurğulayıb.

Seneqal nümayəndəsi çıxışı zamanı bildirb ki, Afrikanın irsi dünya irsinin vacib hissəsini təşkil edir:

“Bizim bugünkü işimizn nəticəsi ilk növbədə həmin qitədə yaşayan insanlara xidmət edəcək. Onlar hamısı bu sessiyada iştirak üçün Azərbaycana gələ bilməzlər. Ona görə də biz onların adından burada bu mesajı səsləndirməliyik. Afrikanın irsi qorunub saxlanılmalıdır. O ölkələrdə baza sosial infrastruktur təmin edilməlidir ki, məsələn hamilə qadınlar vaxtında xəstəxanaya çatdırıla bilmədikləri, həmçinin tibbin bərbad vəziyyətdə olması səbəbindən həyatlarını itirməsinlər. Bəzən belə təəssürat yaranır ki, UNESKO yalnız mədəniyyət sahəsi üzrə fəaliyyət göstərir. Halbuki bu belə deyil.

Biz burada strateji əhəmiyyətli qərarlar qəbul etməliyik. Hansı ki, Afirka qitəsi üçün bu çox vacibdir”.

Kuba nümayəndəsi deyib:
“Bizim də Afrika ölkələri kimi çox böyük miqdarda xarici borcumuz var. Ancaq biz hesab etmirik ki, Afrika irsinin qorunub saxlanılmasından yaxamızı kənara çəkməliyik. Qitə ilə bağlı görülən işlərdə daha çox iştirakçı olmalıdır. Afrikanın potensialı çox böyükdür. Afrikada sosial ədalət təmin edilməlidir. Bütün bunlar BMT-nin Dayanılı İnkişaf Gündəliyinə daxil edilməlidir”.

Efiopiya nümayəndəsi qeyd edib ki, iqtisadi inkişafı sürətləndirmək yolu ilə mədəni irsin qorunması və konversasiyasına nail olmaq mümkündür:
“Üzv dövlətlərin bununla bağlı öhdəliyi var. Bu məsələ ölkələrin yürütdüyü siyasətin mərkəzində dayanmalıdır”.
Geniş müzakirələrdə həmçinin, Kot d İvuar, Avstraliya, Qana, Keniya, Anqola, Azərbaycan, İspaniya, Macarıstan nümayədəsi çıxış edib. Sənədə Tanzaniya və Anqolanın bir sıra təklifləri irəli sürülüb. İştirakçıların bir çoxu sənədlə vaxtında tanış olmadıqları üçün onun müzakirəsinin sabah səhər davam etdirilməsi qərara alınıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər