Bir sıra müxalifət partiyasının QHT təmsilçilərinin həbsi ilə bağlı təsis etdiyi Birləşmiş Hüquq Müdafiə Mərkəzinin toplantısında AXCP-nin də tədbirə dəvət olunması təklif edilib.
Teleqraf.com-un məlumatına görə, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, hazırlanan xartiyaya AXCP-nin də qoşulması təklif olunsun.
Azadlıq partiyasının sədri Əhməd Oruc isə deyib ki, ümumiyyətlə, AXCP iclaslara dəvət edilsin: “Biz iclaslara dəvət edək, gəlməsələr özləri bilərlər”.
AXP sədri Pənah Hüseyn AXCP sədri Əli Kərimli ilə danışdığını bildirib və söyləyib ki, xartiyanı müzakirə edə bilərlər.
Cavidan