4 İyul 2019 10:59
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Konstitusiya Məhkəməsi həbsdə olan sabiq prezident Robert Köçəryanın müdafiə ərizəsini rədd edib.

Teleqraf.com xəbər verir ki, məhkəmə öz qərarını Köçəryan barəsində irəli sürülmüş ittihama dair aparılan istintaqın başa çatmaması ilə əlaqələndirib.

Ermənistanın ikinci prezidenti mayın 18-də Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçıların başçısı Bako Saakyanın zamin durması ilə sərbəst buraxılıb. Lakin iyunun 25-də o, Ermənistan Apelyasiya Məhkəməsinin qərarı ilə yenidən həbs olunub.

Robert Köçəryan 2008-ci il martın 1-də İrəvanda baş vermiş qətliamın sifarişçisi ittihamı ilə həbs olunub. Həmin tarixdə İrəvanda hakimiyyət əleyhinə keçirilmiş mitinqdə odlu silahlardan atəş açılması nəticəsində iyirmiyə yaxın insan həlak olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər