UNESKO Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında növbəti gün Nepalda yerləşən Katmandu Vadisi mədəni irsinin Dünya İrs Mərkəzinin Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısına salınması məsələsi müzakirəsi ilə başlayıb.
Teleqraf.com-un məlumatına görə, məsələ ilə bağlı təqdimatla çıxış edən Tarixi Yerlərin və Abidələrin Mühafizəsi üzrə Beynəlxalq Şurasının (ICOMOS) nümayəndəsi bildirib ki, 1979-cu ildən Dünya İrs Siyahısında olan Katmandu Vadisi mədəni irsi Katmandu vadisində yerləşən 7 tarixi budda abidəsindən və binadan ibarətdir.
O qeyd edib ki, 2015-ci ildəı Nepalda baş verən və çoxsaylı insan itkisi ilə nəticələnən zəlzələdən sonra bu abidələr ciddi ziyan görüb:
“Nepal hökuməti abidələrin restavrasiyası istiqamətində lazımı işlər görməyib və bu abidənin Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısına daxil edilməlidir”.
Müzakirələr zamanı Çin nümayəndəsi çıxış edərək bu yanaşmanı düzgün hesab etmədilkərini bildirib: “Restavrasiya və reablitasiya vaxt tələb edir. Ona görə də biz 2021-ci ilədək Nepala vaxt verilməsini təklif edirik. Biz bu balansı təmin etməliyik. 2021-ci il real rəqəmdir. 2015-ci ildə baş verən zəlzələ Nepala ciddi ziyan vurub. Amma Nepal nümayəndəsi bu istiqamətdə işlər görüləcəyinə dair söz verməlidir. Bu, “qara siyahı”dır.
Abidənin “qara siyahı”ya salınması Dünya İrs Mərkəzinin ruhuna uyğun deyil. ICOMOS-un hesabatı da sual altına qoyulmamalıdır. Üzv dövlət tez bir zamanda monitorinq missiyasının ölkəyə daxil edilməsini razılıq verəməlidir”.
Nepal nümayəndəsi bildirb ki, onun hökuməti verilən tövsiyələri səmimi şəkildə icra edəcək:
“Biz bu günədək verilən bütün tövsiyələri icra etmişik. Müstəsna universal dəyərə malik bölgədə hansı işlər aprıldığına dair məlumat vermişik. Bildiyiniz kimi 2015-ci ildə Nepalda dağıdıcı zəlzələ baş verib, Katmandu Vadisi ilə yanaşı yüzllərlə digər abidəyə də zərər dəyib. Hazırda onlarla abidənin restavrasiyası planlaşdırlır.
Nepal hökuməti yüzlərlə arxeloqları, mütəxəssisləri bu əraziyə cəlb edib. Geniş miqyaslı işlər aparılıb. Biz bu istiqamətdə əməkdaşlığı vacib hesab edirik. İyun ayında görülən işlərə dair əhatəli hesabatı təqdim etmişik. Biz monitorinq missiyasını Nepalda gözləyirik. Onlar gəlsinlər, öz rəylərini bildirsinlər”.
İCOMOS nümayəndəsi Nepal nümayəndəsinin fikirləri ilə razılaşmayıb: “Nepalda yüzlərlə tarixi abidə, bina var ki, onlar bərpa edilməyib. Onlara 2015-ci ildəki zəlzələdən sonra bir il vaxt tanındı. 2016-cı ildə İstanbulda keçirilən 40-cı sessiyada, 2017-ci ildə Krakovda keçirilən 41-ci sessiyada, 2018-ci ildə Manamada keçirilən 42-ci sesiyada yenidən bir il vaxt verildi. Siz elə hey bizdən vaxt istəyirsiz. Siz 2019-cu ildə yenidən bizdən vaxt istəyirsiniz. Bu, üzv dövlətin öhdəliyinə uyğun gəlmir”.
İCOMOS nümayəndəsi deyib ki, təhlükəli abidələr siyahısına daxil edilmək faciə deyil: “Bu, üzv dövləti başqa seçim qarşısnda qoymur. Təhlükə aradan qaldıırldıqdan sonra həmin siyahıdan çıxmaq mümkündür”.
Küveyt nümayəndəsi bildirib ki, Katmandu Vadisinin təhlükəli irs siyahısına daxil edilməsinin tərəfdardır: “Üzv dövlətdən xahiş edilir ki, o, beynəlxalq təşkilatlardan dəstək istəsin. İCOMOS və İCCROM monitorinq missiyasının keçirilməsi üçün üzv dövlət müraciət etməldir. Üzv dövlətdən xahiş edilir ki, o, 6 illik planı həyata keçirsin və 2021-ci ildə ciddi restavrasiya işlərinin görülməsi təklif olunur”.
Qvatemala nümayəndəsi deyib: “Biz ötən il Nepala əlavə vaxt verilməsini dəstəklədi. Biz bu gün də həmin fikirdəyik. Gəlin, məsələni komitənin növbəti sessiyasına saxlayaq”.
Kuba nümayəndəsi də əlavə vaxt verilməsinin tərəfdarı kimi çıxış edib.
Tanzaniya nümayəndəsi deyib ki, üzv dövlət ölkəyə reaktiv monitorinq missiyası dəvət etsin:
“Sonra o komitə qarşısında çıxış edərək görülən işlərə dair hesab verdin. Ona görə də təklif edirik ki, Katmandu Vadisi təhlükəli siyahıya daxil edilsin”.
Qırğızıstan nümayəndəsi bildirib ki, təhlükə siyahısı mədəni irsin qorunması vasitəsi olmalıdır:
“Ancaq biz görürük ki, təhlükə siyahısı müsbət yox, əks nəticə verib. Təhlükə siyahısına daxil edilmək yerli hakimiyyətə səhv siqnal göndərəcək”.
Sessiyanın Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev konsensus olmadığını bildirib. Ona görə də məsləənin müzakirəsinin təxirə salınmasını təklif edib.
Macarıstan nümayəndəsi bununla razılaşmayıb. O qeyd edib ki, gələn ilədək təxirə salınsa bu məsələ açıq qalacaq: “Ona görə də istəyirik ki, verdiyimiz təklif keçsin və Katmandu Vadisi təhlükəli vəziyyətdə olan siyahıya daxil edilsin”.
İndoneziya nümayəndəsi Nepala vaxt verilməsini dəstəkləyib: “Biz bu baxımdan Çin və Zimbabvenin təklifinin keçməsini istəyirik”.
Küveyt nümayəndəsi müzakirələrin gedişi zamanı fikrini dəyişib və Nepala vaxt verilməsinin tərəfdarı kimi çıxış edib. Norveç nümayəndəsi Macarıstan nümayəndəsi ilə həmrəylik nümayiş etdirib.
Anqola nümayəndəsi Nepala bir il şans verilməsini təklif edib: “Biz vaxt veririksə bu o deməkdir ki, gələn il bu məsləyə yenidən qayıdacağıq. Biz təxirə salırıq. Amma gələn il vaxt verməyəcəyik. Qətnamədə əks olunmalıdır ki, büro üzvləri yalnız bir il müddətində bu məsələni təxirə salırlar. Gəlin, qərar layihəsində yazaq ki, biz üzv dövlətə son şans veririk”.
Azərbaycan nümayəndəsi də bu təklifi dəstəklədiyini bildirib. O qeyd edib ki, bu, mümkün kompromisdir.
Kuba nümayəndəsi də sənəddə mütləq axırıncı şans sözü yazılmasının vacibliyini vurğulayıb.
Tunis də sessiya sədrinin – Əbülfəs Qarayevin təklifini dəstəkləyib. İspaniya nümayəndəsi Katmandu Vadisinin təhlükəli siyahıya daxil edilməsinin lehinə çıxış edib. Braziliya nümayəndəsi sədarətə müraciətlə deyib: “Nəyə görə belə vəchlə istəyisiniz ki, biz bu abidəni təhlükəli siyahıya daxil edək?”
Bu suala cavab verən Dünya İrs Komitəsinin sədri Mextild Rossler təhlükəli siyahıya daxil edilməyin həmin sahənin müstəsna universal dəyərinin qorunmasına xidmət etdiyini vurğulayıb: “Təhlükəli siyahıda olmaq o deməkdir ki, Nepal digər beynəlxalq təşkilatlardan və donorlardan da bu irsin restavrasiyası istiqamətində dəstək ala biləcək. Braziliya və Çin, ona görə də biz bu qavramadan uzaqlaşmalıyıq”.
ICOMOS nümayəndəsi isə deyib ki, təhlükəli siyahıya daxil edilmək bir çərçivənin, yol xəritəsinin olması deməkdir: “Yəni, artıq işlər başlanılmalıdır. Təhlükəli siyahıdan çıxmaq şansları qalır. Təhlükə siyahısında olmaq o sahəni üzv dövlət üçün prioritetləşdirir. Biz bunu prioritet kimi beynəlxalq ictmaiyyət üçün elan edirik. Onlar bunu görən kimi abidənin restavrasiyasının maliyyə ayırmağa başlayacaqlar. Biz təhlükə siyahısının faydasını görməliyik. Bu, bizim Nepala verəcəyimiz dəstyəin ifadəsidir”.
Müzakirələr həddən artıq uzandığı və konsensus olmadığı üçün sessiyanın sədri qərar layihəsini hazırlamaq üçün Çin, Avstaliya, Macarıstan, Norveç, Küveyt və Zimbabve nümayəndələrindən ibarət qrupun yaradılmasını təklif edib. Günün sonunda hazırlanacaq məsləyə yenidən qayıtmaq qərara alınıb.
Daha sonra sessiyada Pakistana məxsus, 1981-ci ildən Dünya İrs Siyahısında olan Lahor qalası və Şalemar bağlarındakı vəziyyətin, həmçinin Pakistanın tarixi Makli şəhərindəki abidələrin müzakirəsi başlayıb. Bu abidələr Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısına daxil edilməyib.