UNESKO Dünya İrs Komitəsinin 43-cü sesiyasında növbəti iş günü Dünya İrsi Siyahısına yeni nominasiyaların irəli sürülməsinə dair müzakirələrlə başlayıb.
Teleqraf.com-un məlumatına görə, Dünya İrs Komitəsi tərəfindən Dünya İrs Siyahısına 35 yeni nümunənin daxil edilməsi təklif olunur.
Bunlardan 28-i mədəni irs, 5-i təbii, 2-si qarışıq (mədəni və təbii) irsdir. Bu təbii və mədəni irsin 15 Avropaya, 13-ü Asiyaya, 4-ü Amerikaya, 2-si Avstraliyaya, 1-i Afrikaya məxsusdur.
Müzakirələr zamanı çıxış edən Tunis nümayəndəsi dünya irsinin qorunması sahəsində dövlətlərin həm kollektiv, həm də fərdi qaydada məsuliyyət daşıdığını deyib: “1972-ci ildə Dünya İrs Konvensiyası qəbul edilib. Bu, dünya irsinin qorunmasına yönəlmiş bir sənəddir”.
Sloveniya nümayəndəsi isə xüsusi bəyanatla çıxış edib. O qeyd edib ki, nominasiya prosesinin həyata keçirilməsi üçün formal proses çoxdan başlayıb. Ancaq bu işdə mürəkkəblik daha da artır:
“Nominasiya prosesində narahatlıq meydana çıxır və etimadsızlıq məsələləri yaranır. Burada elmi prinsiplərə əsasalanan proses getməlidir. Etimad əsas məsələ olmalıdır. Bu, Dünya İrs Konvensiyasının gələcəyi üçün vacibdir”.
Dünya İrs Komitəsinin sədri Mextild Rossler müzakirələr zamanı qaldıırlan sualları cavablandırıb. O, bu günədək 193 ölkənin konvensiyaya qoşulduğunu bildirib.
Daha sonra nominasiyaların irəli sürülməsi başlayıb. Nominasiyaları UNESKO Dünya İrs Komitəsinin Katibliyi irəli sürüb. Bildirilib ki, nominasiyaların irəli sürülməsi prosesində bir sıra ölkələr – ümumilikdə 8 nominasiya geri götürülüb. Fransa, İtaliya, Monako Alp dağları ilə bağlı nominasiyanı geri götürmək qərarına gəlib. Sonda 35 nominasiya nümunəsinin irəli sürülməsi qərarlaşdıırlıb.
Sessiyanın keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri, Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, komitənin qərarları obyektiv və elmi dəlillərə əsasalanır: “Bu istiqamətdə əhatəli və ardıcıl prosedurlar həyata keçirilib”.
Ə.Qarayev ilk olaraq təbii, sonra qarışıq, daha sonra isə mədəni abidələrin təqdimatının olacağını bildirb. Nazir təqdimat prosesin zamanı ICOMOS-u və Beynəxalq İttifaqı müxtəsər davranmağa çağırıb.
İlk olaraq Çinin “Sarı dənizdən Bohay körfəzinin sahilərinə quşların miqrasiyası” nominasiyası nəzərdən keçirilib. Avstraliya, İndoneziya, Tanzaniya nominasiyanın əleyhinə çıxış edib.
18 ölkə, o cümlədən Azərbaycan qərar layihəsini dəstəkləyib.
Müzakirələrdən sonra Çinin “Sarı dənizdən Bohay körfəzinin sahillərinə quşların miqrasiyası” nominasiyası Dünya İrs Mərkəzini Dünya İrs Siyahısına daxil edilib.