Milli Məclisin növbədənkənar iclası başlayıb.
Teleqraf.com xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, deputatların gündəliyə təklif etdiyi bəzi qanun layihələri gündəlikdən çıxarılıb.
Onun sözlərinə görə, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında” qanunlarda və Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi gündəlikdən çıxarılıb.
Parlament sədri əlavə edib ki, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi də iyulun 12-də müzakirə ediləcək.
Qeyd edək ki, “Bank olmayan kredit təşkilatları haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi də gündəlikdən çıxarılıb.
Bu gün deputatlar 35 qanun layihəsini müzakirə edəcək.
***
09:36
Bu gün Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının növbəti plenar iclası keçiriləcək.
Teleqraf.com xəbər verir ki, iclasın gündəliyinə 38 məsələ daxildir.
Bunlar "Məhkəmələr və hakimlər haqqında", "Dövlət rüsumu haqqında", "Əmək pensiyaları haqqında", "Yol hərəkəti haqqında", “Dövlət satınalmaları haqqında” qanunlara, o cümlədən Cinayət, Cinayət Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar məcəllərinə dəyişiklik layihələridir. Dəyişiklik layihələri 2-ci və 3-cü oxunuşda müzakirə olunacaq.
Bundan başqa, deputatlar "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsinə də baxacaqlar.