9 İyul 2019 14:40
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanda “Azərbaycan Erməniləri Assambleyası” yenidən fəallaşıb”.

Teleqraf.com xəbər verir ki, bu haqda politoloq Zaur Məmmədov məlumat verib.

Ekspert assambleyanın sədri Qriqor Ayvazyanın bu barədə erməni mətbuatına açıqlamasına diqqət çəkib:

“Bu qurumun sədri bildirib ki, 1918 ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti ermənilərin torpaqlarında qurulub və onlar tez -gec Bakıya qayıdacaqlar.

Ermənilər Azərbaycanda gəlmə ola-ola belə absurd iddialarla çıxış edə bilirlər. Fikrimcə, biz Qərbi Azərbaycanlılar Konqresini və ya assambleyasını fəallaşdırmalı, İrəvanın, Göyçənin tarixi torpaqlarımız olduğunu dünyaya bəyan etməliyik. Tarix, faktlar bizim tərəfimizdədir. Ermənilərdən fərqli olaraq, Ermənistan SSR-də yaşayan azərbaycanlılar yerli xalq kimi öz doğma torpaqlarında yaşayırdılar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər