14 Aprel 2014 17:51
1 437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Qənirə Paşayeva Strasburqda Dünya Ahısxa Türkləri Birliyinin sədr müavini Burhan Özkoşar və onun rəhbərliyi altında AŞ PA-ya gəlmiş nümayəndə heyətinin üzvləri görüşüb.

Teleqraf.com-un xəbərinə görə, Ahısxa türkləri ilə Azərbaycan türklərinin qardaş olduğunu deyən Q.Paşayeva ölkəmizin hər zaman onlara qucaq açaraq əlindən gələn dəstəyi göstərdiyini deyib. “Onlar da hər zaman Azərbaycana da bir vətən kimi yanaşıblar. Qarabağ müharibəsində şəhid olan Ahısxa türkü qardaşlarımız var”, deyən deputat onların doğma yurda dönüşü üçün uzun illərdir apardıqları mübarizəni yaxından izlədiyini, çox çətinliklə də olsa əldə edilən bəzi nəticələrin yeni situasiya yaratdığını bildirib.

Azərbaycanın hər zaman Ahısxa türklərinə dəstək olduğunu deyən Dünya Ahısxa Türkləri Birliyinin sədr müavini Burhan Özkoşar Azərbaycanın ən ağır anlarda Ahısxa türklərinə sığınacaq verdiyini və hər zaman dəstək göstərdiyini deyib. O, Ahısxa türklərinin bunu hər zaman şükranlıqla vurğuladıqlarını bildirib. Görüşdə Ahısxa türklərinin vətənə qayıtması məsələsinə AŞ PA səviyyəsində bəslənən münasibət, prosesin gedişi, Ahısxa türklərinin dost və qardaş respublikalardan gözlədikləri dəstək ətrafında geniş fikir mübadiləsi aparılıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər