14 İyul 2019 12:17
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev nailiyyətləri və qələbələri Azərbaycanın tarixində və xalqın ürəyində əbədi yaşayacaq.

Teleqraf.com-un məlumatına görə, bu fikirlər Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi İnstaqram səhifəsində edilən paylaşımda qeyd edilir.

Paylaşımda bildirilir: "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bütün ömrü boyu xalqına, vətəninə sədaqətlə xidmət etmişdir. Müasir Azərbaycan tarixinin bütün səhifələrində, istər iqtisadiyyat, istər xarici siyasət, istər elm və mədəniyyətdə onun silinməz izlərini görürük. Heydər Əliyev nailiyyətləri və qələbələri Azərbaycanın tarixində və Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq və gələcək nəsillər üçün mərdlik, müdriklik və vətənpərvərlik nümunəsi olacaqdır".


Müəllif: Teleqraf.com