30 Aprel 2014 14:56
2 278
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 28-də Mustafabəyli kənd sakini, 18 yaşlı Rəmziyyə Əlibala qızı Şəmmədova yaşadığı həyətdə özünü ağacdan asıb. Ancaq onun atası tərəfindən öldürülərək asıldığı da ehtimal olunur. Atası isə bu məlumatı inkar edib.

Paytaxta fəaliyyət göstərən hüquq müdafiəçilərinə çatan xəbərlərə görə, Rəmziyyə Şəmmədova ölümündən iki gün əvvəl Sabirabad sakini olan sevdiyi oğlanla qaçıbmış. Daha sonra evlərinə qayıdan qız atası və qardaşı tərəfindən qəddarlıqla döyülüb.

Qızın ailənin zorakı təzyiqlərinə dözməyərək özünü asdığı deyilir. Rayon polislərinin qızın atasını yasa görə sərbəst buraxdığı iddia olunur.

Xatırladaq ki, əməkdaşımız Ruslan Xəlilov hazırda Saatlı rayonundadır və bu ehtimal da daxil olmaqla intiharın bütün təfərrüatlarını araşdırır. Teleqraf.com-u izləyin.

SEVİNC


Müəllif: Sevinc Fədai

Oxşar xəbərlər