16 İyul 2019 22:29
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın mobil operatoru "MegaFon" Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə “Meqafon” şirkətindən Azərbaycanın Rusiyadakı səfirliyinə daxil olan məlumatda bildirilib.

Oxuculara "MegaFon" şirkətinin məktubunu təqdim edirik:

"Şirkətin veb saytının yenilənməsi ilə bağlı işlər zamanı Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkibinə daxil olmayan müstəqil ərazilər kimi təyin olunduğu səhv məlumatlar aşkar edilib. Səhv, şirkətin rəhbərliyi tərəfindən aşkar edildikdən sonra dərhal düzəldilib. Meqafon” şirkəti bununla bağlı daxili təhqiqat aparır. Sayta həmin məlumatı yerəşdirməyə görə məsuliyyət daşıyan əməkdaşlar vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılıb. Onları Rusiya Federasiyası Əmək Məcəlləsi çərçivəsində intizam cəzası gözləyir.

"Meqafon"un əsas iş prinsiplərindən biri şirkətin öz kommersiya fəaliyyətini siyasi və dini məzmundan kənar həyata keçirməkdir. Biz baş verən hadisədən təəssüf hissi keçirir, bir daha vurğulamaq istəyirik ki, bu, heç də pis niyyətlə deyil, səhvən baş verib".

Məktub "Meqafon"un Direktorlar Şurasının sədri Yevgeni Bıstrıx tərəfindən imzalanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər