11 Sentyabr 2014 11:20
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ əlili olmadığı halda özünü bu cür kimi təqdim etmək yolverilməzdir”

“Qarabağ qazilər” və “Vətən Müharibəsi Əlilləri” birlikləri bu günlərdə mətbuatda, o cümlədən sosial şəbəkədə özünü I qrup Qarabağ qazisi (əlili) kimi təqdim edən Elnur Əfəndiyev barəsində yayılan müxtəlif yazı və videolara münasibət bildirib. Bununla bağlı iki təşkilatın birgə açıqlaması yayılıb.

Teleqraf.com-a daxil olan açıqlamada deyilir:

“Neçə vaxtdır mətbuatda, o cümlədən sosial şəbəkədə özünü I qrup Qarabağ qazisi (əlili) kimi təqdim edən Elnur Əfəndiyev barəsində müxtəlif yazılar və videolar yayılır. Biz hər hansı əlilin öz hüququnu müdafiə etməsinin, problemlərinin ictimailəşdirilməsinin əleyhinə deyilik. Amma Qarabağ müharibəsi qazisi (əlili) olmaya-olmaya özünü Qarabağ qazisi (əlili) kimi təqdim etmək yolverilməzdir! Biz bu məsələni araşdırdıq və məlum oldu ki, məhbus həyatı yaşamış Elnur Əfəndiyev əl və ayaqlarını Qarabağ müharibəsində itirməyib və bu hadisənin müharibə ilə heç bir əlaqəsi yoxdur. Əldə etdiyimiz məlumata görə, Elnur Bakıda tamam başqa şəraitdə əl və ayaqlarını itirib. Buna da özü səbəb olub. Zərurət olarsa bunu da tam dəqiqliyi ilə cəmiyyətə açıqlayarıq. Biz onun sağlamlıq durumuna görə acıyırıq. Amma təəssüf edirik ki, o, hər hansı bir məqsədinə nail olmaq üçün Qarabağ qazisi (əlili) adından istifadə edir. Təşkilatlarımızın üzvləri tərəfindən ona bu barədə dəfələrlə xəbərdarlıq olunub. Lakin yenə də öz əməlindən çəkinməyib. Məcbur olub bu açıqlamanı yayırıq. Qarabağ qazisi (əlili) adı müqəddəsdir! Bu addan başqalarının belə şəkildə istifadə etməsinə etiraz edirik!”

Səxavət

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müracət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər