Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Facebook” sosial şəbəkəsindəki səhifəsində 22 iyul – Milli Mətbuat Günü ilə bağlı paylaşım edilib.
Teleqraf.com xəbər verir ki, paylaşımda rəmzi olaraq qəzet səhifəsi əks olunub.
Səhifənin üzərində “Bünövrəsi “Əkinçi” ilə qoyulmuş milli mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir” sözləri yazılıb. Səhifənin ortasında isə əski əlifba və latın qrafikalı müasir Azərbaycan əlifbası ilə yazılmış “Əkinçi” sözləri əks olunub.
Qeyd edək ki, bu gün əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycan milli mətbuatının yaradılmasının 144-cü ildönümü tamam olur.