Qəzaya uğramış hərbi təyyarənin axtarışına türkiyəli mütəxəssislər cəlb edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, iyulun 31-də Bakıya gələn Türkiyə Respublikasının aidiyyəti qurumlarının xüsusi avadanlıq və qurğularla təchiz edilmiş mütəxəssisləri təlim-məşq uçuşları zamanı qəzaya uğramış hərbi təyyarənin axtarışı üzrə keçirilən əməliyyatlara cəlb olunublar.