YAP Gənclər Birliyinin ofisində “Ekologiyasız həyat yoxdur” adlı layihənin ikinci seminarı keçirilib.
Birlikdən Teleqraf.com-a verilən xəbərə görə, YAP Gənclər Birliyinin layihələr üzrə koordinatoru Leyla Kərimova layihənin ikinci seminar proqramı haqqında gənclərə məlumat verib.
Daha sonra ARDNŞ-in Ekspert, Ekologiya İdarəsinin Texniki İstehsalat şöbəsinin mühəndisi Roman İsayev “ARDNŞ-in fəaliyyəti”, “Ətraf mühitin vəziyyətinin öyrənilməsi”, “Neftlə çirklənmiş torpaqların təmizlənməsi”, “Tullantıların idarə olunması”, “Yaşıllaşdırma işləri”, “Eko-Park” layihəsi və s. mövzuları ətrafında gənclərlə müzakirə aparıb.
Qeyd edək ki, sentyabrın 12-də gənclər üçün ekoloji tur təşkil ediləcək.
Məlumat üçün bildirək ki, layihə “Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının 11-ci bəndindəki “ Ətraf mühitin qorunması və ekologiya məsələləri” əsas tutaraq icra ediləcək. Məhz ona görə də YAP Gənclər Birliyi sentyabr ayını “Ekologiya ayı” elan edərək ekoloji layihələr həyata keçirəcək. Bir ay boyunca hər həftənin 5-ci günü təlimlər və 6-cı günü isə ekoloji turlar təşkil ediləcək.
Sentyabrın 30-na qədər davam edən layihə çərçivəsində iştirak edən gənclər sonda bağlanış mərasimində sertifikatla təltif olunacaqlar. Layihənin sonunda eyni zamanda videçarx hazırlanacaq.
Səxavət