12 Sentyabr 2014 11:57
1 646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov nazirliyin strukturuna daxil olan qurumların və strukturların tabeliyindəki qurumların mühafizə olunan obyektlərində buraxılış rejiminin tənzimlənməsi, baş verə biləcək təxribat, terror aktlarının qarşısının alınması məqsədi ilə rabitə obyektlərində buraxılış rejiminin tənzimlənməsi haqqında əmr imzalayıb.

Teleqraf.com xəbər verir ki, əmrdə RYTN-in rabitə obyektlərinin rəhbərlərinə ünvanlanan bir sıra tapşırıqlar əksini tapıb.

Əmrə əsasən, rabitə obyektlərinin rəhbərlərinə Prezident Administrasiyası, Milli Məclis və Nazirlər Kabinetinin rəhbər işçiləri və Milli Məclisin deputatlarının, rabitə və yüksək texnologiyalar naziri, onun müavinləri, aparat rəhbəri və onun müavininin müşayiət etdikləri şəxslərin, Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin və “Azərpoçt” MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsinin feldyegerlərinin xidməti vəsiqə təqdim etməklə rabitə obyektlərinin inzibati binalarına daxil olmalarına icazə verilməsi tapşırılıb.

İlhamə


Müəllif:

Oxşar xəbərlər