12 Avqust 2019 10:44
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

İcra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıq işçilərinin aylıq vəzifə maaşları artırılıb.

Teleqraf.com xəbər verir ki, Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarda dəyişikliyə əsasən maaşlar yüksəlib.

Beləliklə, regional mədəniyyət idarələrində, Bakı və Sumqayıt şəhərlərinin səhiyyə şöbələrində mövcud olan baş mühasiblər istisna olmaqla, baş mühasiblərin maaşı 336 manatdan 470 manata, baş mühasibin müavininin maaşı 315 manatdan 440 manata, bölmə rəhbəri və qrup rəhbərinin maaşı 308 manatdan 430 manata, böyük mühasib və böyük iqtisadçının maaşı 303 manatdan 420 manata, aparıcı mühasib və aparıcı iqtisadçının maaşı 297 manatdan 410 manata, mühasib və iqtisadçının maaşı 292 manatdan 405 manata, böyük xəzinədar və kompüter üzrə mütəxəssisin maaşı 270 manatdan 375 manata, avtomobil sürücüsünün maaşı 210 manatdan 320 manata, xəzinədar, katibə və kompüter operatorunun maaşı 210 manatdan 295 manata, gözətçi, xidməti otaqları yığışdıran və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyətin maaşı 180 manatdan 260 manata qaldırılıb.

Bu qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər