12 Avqust 2019 18:29
1 580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya, Azərbaycan və İran prezidentləri – Vladimir Putin, İlham Əliyev və Həsən Ruhaninin yüksək səviyyəli görüşünün tarixi dəyişdirilib. Görüş daha sonra keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu həftə keçirilməsi planlaşdırılan Rusiya, Azərbaycan və İran prezidentlərinin zirvə görüşü texniki səbəblərə görə sonrakı tarixlərə təxirə salındı”, – deyə o bildirib.

Qeyd edək ki, görüşün avqustun 14-də Rusiyanın Soçi şəhərində keçirilməsi planlaşdırılırdı.


Müəllif: Səxavət

Oxşar xəbərlər