1 Sentyabr 2019 08:35
410
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən etibarən Azərbaycan Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edib.

Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə sentyabrın 1-də qüvvəyə minən qərara əsasən, Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv olunub.

Həmçinin, Azərbaycan ərazisində 30 gündən artıq qalmaq istəyən Türkiyə vətəndaşlarının statusu Azərbaycan Respublikasının müvafiq qanunları ilə tənzimlənəcək.

Xatırladaq ki, Türkiyə Hökumətinin qərarına əsasən, bu ölkəyə 30 günədək səfər edən Azərbaycan vətəndaşları viza tələbindən azad edilmişdi.

Cari ilin iyulunda isə Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Türkiyə Xarici İşlər Nazirliyinə viza tələbinin ləğvi ilə bağlı nota ünvanlanmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər