13 Sentyabr 2014 21:37
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Honduras Respublikasının Prezidenti Xuan Orlando Ernandes Alvaradoya təbrik məktubu ünvanlayıb.

Teleqraf.com-un məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident, Honduras Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Honduras münasibətləri daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Honduras xalqına sülh və rifah diləyirəm”.


Müəllif:

Oxşar xəbərlər