Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) məruzəçisi Torild Sunna Evarsdottir Azərbaycana üçgünlük səfərini başa vurub.
Teleqraf.com AŞ PA-ya istinadla xəbər verir ki, T.S.Evarsdottir səfər zamanı rəsmi görüşlərin təşkil olunması üçün Azərbaycan hakimiyyətinə təşəkkürünü bildirib.
Məruzəçi bildirib ki, o, konstruktiv münasibətdən və həssas məsələlərin müzakirəsi üçün görüşdüyü şəxslərin hazırlığından məmnun olub.
T.S.Evarsdottirin həbsxanalara baş çəkdiyi, eləcə də vətəndaş cəmiyyətinin fəalları, jurnalistlər, hüquqşünaslar və QHT nümayəndələri ilə görüşdüyü qeyd edilib: “Bu intensiv səfər mənim məruzəm üçün möhkəm əsas təşkil edib. Ümid edirəm ki, mövcud vəziyyəti təhlil edən və gələcək inkişaf üçün tövsiyələrin yer alacağı məruzəm bu ilin sonunadək AŞ PA-ya təqdim edəcəyəm”.