15 Sentyabr 2019 14:29
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyənin İstanbul şəhərində İstanbul Azərbaycan Kültür Evinin təşkilatçılığı, İstanbul Türkiyə Azərbaycan Dayanışma və Kültür Dərnəyinin qatılımı ilə Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü qeyd olunub.

Teleqraf.com xəbər verir ki, Ədirnəqapı şəhidliyində Nuru paşanın və silahdaşlarının məzarı önündə baş tutan tədbirdə dərnək üzvləri, İstanbulda yaşayan azərbaycanlı ziyalılar, jurnalistlər, iş adamları və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İstanbul Azərbaycan Kültür Evinin sədri Hikmət Elp bildirib ki, Nuru paşa Azərbaycanı başdan-başa dolaşaraq Bakını azad edib: “O, Təbriz, Qarabağ, Gəncə və nəhayət, Bakıya gəlib və məğlub imperatorluğun əsgərləri ilə qalib İngiltərənin əsgərlərini məğlub edib. Bakı mühasirəyə alındığı zaman ingilis komandan zabitləri ilə müzakirə edib. Gənc bir zabit deyib ki, torpaqları üzərində günəş batmayan imperatorluq geri çəkiləcək? İngilis komandan da deyib ki, bəli, çünki biz mənfəətimiz üçün buradayıq, onlar isə vətənləri üçün”.

Tədbirdə daha sonra Mais Əlizadə, Səfər Qaraqoyunlu, Aqil Səmədbəyli, Əli Polad və digər iştirakçılar çıxış edib, şəhidlərin ruhlarına dua oxuyublar.

Tədbirdən fotoları təqdim edirik.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər