17 Sentyabr 2019 11:07
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əsrin müqaviləsinin imzalanmasından artıq 25 il keçir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi neft strategiyası əsasında çətin bir geosiyasi dövrdə ölkəmizin üzləşdiyi təhlükə və təhdidlərin fonunda bu müqavilə imzalandı. Azərbaycan enerji diplomatiyasının əsasını qoydu.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) keçirilən “Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı seminarda deyib.

“Bu müqavilədən sonra yeni bir neft erası başladı və Azərbaycan xalqı neftin mənfəətini gördüı. Buna görə də 25 illik bu dövrə baxdıqda bir daha şahidi oluruq ki, Azərbaycanın həyata keçirdiyi enerji strategiyası ölkəmizin müstəqilliyinin, iqtisadi inkişafının təməli olmaqla yanaşı, beynəlxalq arenada bizə töhfə verən bir hadisə oldu”, – o bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər