19 Sentyabr 2019 12:38
1 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

Energetika naziri Pərviz Şahbazov Yeni Azərbaycan Partiyasının qərargahında mətbuat konfransı keçirib.

Teleqraf.com xəbər verir ki, nazir “Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümü, həmçinin Neftçilər Günü münasibətlə neftçiləri təbrik edib.

Pərviz Şahbazov qeyd edib ki, 25 il bundan öncə Azərbaycan tarixində çox əlamətdar hadisə baş verib:
“Ulu öndər Heydər Əliyevin birbaşa rəhbərliyi və özünün birbaşa iştirakı ilə “Əsrin müqaviləsi” imzalandı. Bu müqavilənin imzalanması yalnız və yalnız Heydər Əliyevin qətiyyəti, dövlətçilik təcrübəsi sayəsində baş tutdui. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisai-sosial həyatına öz töhfəsini verdi, ölkəmizin beynəlxalq aləmdə rolunu möhkəmləndirdi. İlk dəfə Xəzər hövzəsinin təbii ehtiyatlarını beynəlxalq aləmə təqdim etdi. Amma ən başlıcası odur ki,ulu öndər “Əsrin müqaviləsi” vasitəsilə Azərbayacanın müstəqilliyini möhkəmləndirdi. 25 il sonra bu müqavilə ilə bağlı ulu öndərin bütün ümidləri özünü doğrultdu”.

P.Şahbazov bu layihənin həyata keçirilməsi barədə bəzi faktları açıqlayıb:

“Azəri-Çıraq-Günəşli yatağına həmin dövrdə 30 il üçün 36 milyard ABŞ dolları məbləğində sərmayə qoyuldu. Azərbaycan Prezidentinin uzaqgörən neft-qaz siyasəti nəticəsində bu müqavilə 2017-ci ildə daha 32 il müddətinə uzadıldı. Müqaviləyə daha 40 milyard dollar investisiya qoyulacaq. İndiyədək “Əsrin müqaviləsi” ölkəmizə 143 milyard dollardan çox gəlir gətirib. Bu müddət ərzində 492 milyard kubmetr qaz hasil edilib. Ümumilikdə Azərbaycanın neft-qaz sənayesinə orta hesabla 101 milyard dolllar investisiya qoyulub”.

Nazir bildirib ki, ən azı 62 illik dövrü əhatə edəcək “Əsrin müqaviləsi”nin unikallığı onun effektivliyində, uzun illər üçün nəzərdə tutulmasındadır.


Müəllif: Səxavət

Oxşar xəbərlər