19 Sentyabr 2019 13:25
1 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il ölkəmizdə 38,7 milyon ton neft hasilatı gözləyirik.

Teleqraf.com xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov bildirib.

O qeyd edib ki, Azərbaycan neftinin hasilatında gələn il kiçik həcmdə artım qeydə alınacaq. “2020-ci ildə isə hasilat yenə əvvəlki səviyyədə olacaq”, – deyə nazir bildirib.

Səudiyyə Ərəbistanının neft sənayesi müəssiələrinə hücumdan sonra Neft İxrac Edən Ölkələr Təşkilatı – OPEK-in təcili toplantısının keçirilib-keçirilməyəcəyinə dair sualı cavablandıran nazir bu iclasın keçirilməsinin istisna olunduğunu bildirib:

“Dünən OPEK-in baş katibi Məhəmməd Barkindo ilə telefon söhbətimiz oldu. Yaranmış böhranı ətraflı müzakirə etdik. İlk günlər belə bir görüşün keçiirlməsinə dair düşüncə olub. Ancaq bu gün neftin dünya bazarında qiyməti sabitdir. Böhran yaşanmır. Əgər Səudiyyə Ərəbistanının nəzərdə tutduğu addımlar atılsa, heç bir təcili toplantıya ehtiyac qalmayacaq”.


Müəllif: Səxavət

Oxşar xəbərlər