19 Sentyabr 2019 18:18
1 884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Qəhrəmanlı (Zümrüd Yağmur) boşanma ilə bağlı Abşeron rayon Məhkəməsinə müraciət edib.

Teleqraf.com xəbər verir ki, Zümrüd Qəhrəmanlı iddia ərizəsində nikahın pozulması, alimentin təyin edilməsi və yetkinlik yaşına çatmayan uşağının ona verilməsini tələb edib.

Abşeron rayon Məhkəməsində avqustun 28-də iddia ərizəsi üzrə hazırlıq iclası keçirilib.

Hakim Elman Məmmədovun sədrliyi ilə baş tutan hazırlıq iclasında iddia tələbi müəyyən olunub.

Məhkəmə baxışı sentyabrın 26-na təyin olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər