Özbəksitan Prezidenti Şövkət Mirziyayev Azərbaycana rəsmi səfərə gələcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Vesti.uz saytı məlumat yayıb.
Səfər haqda xəbər Özbəkistan Xarici İşlər naziri Abduləziz Kamilovla Azərbaycanın Daşkənddəki səfiri Hüseyn Quliyevlə görüşdən sonra ortaya çıxıb.
Bu, Şövkət Mirziyayevin Azərbaycana nəzərdə tutulan ilk səfəridir.